Azerbaycan Saatı - Turan TV
Hoşgeldiniz
Giriş / Kayıt Ol

3:24 Ankaradan "Əsgər ölümlərinə son" aksiyasına dəstək

Teşekkürler! Arkadaşlarınıza da önerin!

URL

Bu videoyu beğenmediniz. Dikkate alacağız!

Sorry, only registred users can create playlists.
URL


Ekleme Tarihi by Admin - Kategori: TV verilişleri
275 İzlenme

Açıklama

Ankarada oxuyan azərbaycanlı tələbələr, son zamanlarda ordumuzda baş verən çox saylı əsgər ölümlərinə yenidən etiraz etdi. Bakıda baş tutan "Əsgər ölümlərinə son" adlı böyük mitinqə dəstək olaraq təşkil edilən aksiyaya 100-ə yaxın tələbə qatılıb.
"Ankara oyaqdı, Bakıya dayaqdı"
Ankaranın Kızılay'daki Güvən Parkında baş tutan aksiyada iştirak edənlər əllərində "Bu vicdan əsgər qanı durmadıkca susmayacak", "Şəhidim, qatilin hesab verəcək", "Ceyhunun dayanan ürəyi, Ankarada atır", "Şəhidim haqqını halal et bizə" kimi pankartlarla "Əsgərimiz ölməsin, Ordu morqa dönməsin", "Ankara uyumuyor, Bakını dəstəkləyir", "Sabahın əskəriyiz, haqqı tələb edirik", "Ordu varsa yurdum var, ordu yoxsa yurdum yox" sloganları ilə öz etirazlarını dilə gətiriblər.

Etirazçılar aksiyanın sonunda səslənən bəyanatda son zamanlarda çoxalan əsgər ölümlərindən duyduqları narahatlıqları dilə gətirmək üçün toplandıqlarını ifadə edərək, atəşkəsin davam etdiyi Azərbaycanda son iki ay içərisində heç bir qarşıdurma olmadığı halda 14 əsgərin öldüyünə diqqət çəkiblər. 2012-ci ildə 97 əsgərin şəhid olduğu və bunlardan yalnız 16-nın Ermənistanın atəşkəsi pozması nəticəsində şəhid olduğu vurğulanıb. Geri qalan 81 əsgərin döyülərək, işgəncə ilə öldüyünün ictimaiyyətdən gizlədildiyi bildirilib.
Ankarada yaşayan azərbaycanlı tələbələr bu vəziyyətdən narahat olduqlarını dilə gətirməyi bir vətəndaşlıq vəzifəsi olaraq bildiklərini diqqətə çatdırıblar.
Bəyanatda həmçinin qeyd edilir: "Qısa bir müddət sonra orduya qatılacaq olan bizlər, şəhid olan qardaşlarımızın yaxınlarının kədərini bölüşməkle birlikdə, bu vəziyyətin ortaya çıxaracağı nəticələrin tamamilə mənfi olacağından əminik. Sabahın əsgərləri olaraq ordumuzun bu ağır vəziyyəti haqqında tədbirərin görülməsini tələb edirik. Çətin şərtlərdə övlad yetişdirən, vətənə olan borcunu ödəməsi üçün orduya göndərən ana və ata üçün heç bir səbəb olmadan oğullarının tabutla geri göndərilməsi qəbul edə biləcəyimiz bir şey deyil. Atəş düşdüyü yeri yandırdığı kimi, dərdlərinə kədərlərinə nə qədər ortaq olmağa çalışsaq da bu gün şəhid olan qardaşlarımızın evində matəm var. Şəhid ana və atalarına buradan başsağlığı göndərir, övladlarının hüquqlarını sona qədər müdafiə edəcəyimizə söz veririk. Bu Bakıdakı mitinqə dəstək aksiyasıdır.
Bakıda vətəndaşlar tərəfindən haqsızlıqlara qarşı təşkil edilən etiraz mitinqini dəstəklədiyimizi, onların yanlarında olduğumuzu dilə gətiririk. Əsgər ölümlərinin məsuliyyət daşıyan hər kəsin ən tez zamanda ədalət qarşısına çıxarılmasını və lazım olan cəzalara layiq görülməsini Azərbaycan vətəndaşları olaraq tələb edirik. İşlənən cinayətlərin cəzalandırılması dövlətimizin idarəçilərinin bir vəzifəsi olduğu qədər bu ayrıca bir vicdan məsələsidir. "

Yorum Yazın

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu siz yapın.
RSS